Dünya Kubokunda 25 hakim - Azərbaycan təmsilçisi yoxdur

Dünya Kubokunda 25 hakim - Azərbaycan təmsilçisi yoxdur
Futbol
18 Noyabr 2017 - 01:17
Supersport.Az-ın məlumatına görə, FİFA-nın Sürixdəki qərargahında Rusiyada keçiriləcək futbol üzrə Dünya Kubokunun referiləri məlum olub.

Oyunları 25 baş hakim idarə edəcək. Türkiyədən FİFA referisi Cüneyt Çakır, həmçinin Bahattin Duran ve Tarık Ongun də dünya çempionatına təyinat alıb.

Avropa qitəsindən 9 hakim Dünya Kubokunda vəzifəsini yerinə yetirəcək.

Avropa (9): Cüneyt Çakır (Türkiyə), Byörn Kuypers (Niderland), Canluka Rokki (İtaliya), Damir Skomina (Sloveniya), Yonas Eriksson (İsveç), Antonio Mateu Lahos (İspaniya), Simon Marsinyak (Polşa), Feliks Brix (Almaniya) və Milorad Majiç (Serbiya).

 

 

Cənubi Amerika (5): Sandro Rikki (Braziliya), Nestor Pitana (Argentina), Uilmar Roldan (Kolumbiya), Enrike Kaseres (Paraqvay), Julio Baskunyan (Çili)

Asiya (4): Ravşan İrmatov (Özbəkistan), Alireza Faqani (İran), Navaf Şukralla (Bəhreyn), Ryuji Sato (Yaponiya)

Afrika (3): Bakari Qassama (Qambiya), Yanni Sikazve (Zambiya), Qehad Qrişa (Misir)
Şimali Amerika (3): Mark Geyqer (ABŞ), Joel Akvilar (Salvador), Sezar Ramos (Meksika)

Avstraliya (1): Matt Konqer (Yeni Zelandiya).

Digər xəbərlər