Şenol Günəşin tənqid hədəfi: FİFA və UEFA

Şenol Günəşin tənqid hədəfi: FİFA və UEFA
Futbol
18 Noyabr 2017 - 00:16
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında zəfərləri sıralayan "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş beynəlxalq qurumlardan şikayətlənib.

Mütəxəssis Pepenin milli komandasından zədəli qayıtmasına diqqət çəkərək, FİFA və UEFA-ya etiraz edib.

''Pepenin milli komandada zədəsi oldu, legionerlər bir gün gec gəldilər. FİFA və UEFA, belə oyunların keçirilmə vaxtında səhv edir. Futbolçu gec gələndə səfərə yollanmaq çox çətin olur. Bu problem yoluna qoyulmalıdır".

Digər xəbərlər