"Real Madrid"ə şok: Ronaldoyla Beyl ayrıla bilər

"Real Madrid"ə şok: Ronaldoyla Beyl ayrıla bilər
Futbol
16 Noyabr 2017 - 15:35
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"i iki aparıcı futbolçu - Kriştiano Ronaldo və Qaret Beyl mövsümün sonunda tərk edə bilər.

Bu haqda İspaniya mətbuatı xəbər yayıb.

UEFA Çempionlar Liqasında son iki mövsümü, həmçinin La Liqanı çempion kimi başa vuran "Real Madrid" bu mövsümə uğursuz başlayıb.

İspaniya çempionatında 11 turun ardından Madrid klubunu 8 xal qabaqlayan "Barselona" liderdir.

Çempionlar Liqasının H qrupunda 4 turdan sonra "Real Madrid" İngiltərənin "Tottenhem" klubundan geridə qalıb.

İspaniya təmsilçisinin prezidenti Florentino Peresin mövsümün sonunda astronomik məbləğlə transferlər edəcəyi bildirilir.

"Real Madrid"in PSJ-nin 222 milyon gətirdiyi Neymarı, 180 milyona heyətinə cəlb etdiyi Kilian Mbappeni gətirəcəyi məlumatı yer alıb.

Dörd il əvvəl "Tottenhem"dən böyük ümidlərlə transfer edilən Qaret Beyli "Real" yola salmağı planlaşdırıb.

İspaniya klubu "Mançester Yunayted" və "Çelsi"nin diqqətində olan uelsli futbolçunu böyük məbləğə satmaq istəyir.

2009-da rekord qiymətə transfer olunan "Real Madrid"də çıxış etdiyi müddətdə dünyanın ən yaxşı futbolçusuna çevrilən Kriştiano Ronaldonun gələcəyi maraqla izlənilir.

2021-ci ilə qədər müqaviləsi olan portuqaliyalı futbolçunun mövsümün sonunda niyyətində olduğu söylənilir.

Klub prezidenti Florentino Peres, 32 yaşlı futbolçuyla yola davam etmək istəsə də, Ronaldo bu istəyə müsbət yanaşmır.

 

Digər xəbərlər