"Qarabağ"ın hücumçusu oynamadı, komandası sonuncu oldu

"Qarabağ"ın hücumçusu oynamadı, komandası sonuncu oldu
Futbol
15 Noyabr 2017 - 22:23
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Cənubi Afrika Respublikası son matçını keçirib.

"Qarabağ"ın hücumçusu Dino Ndlovunun çıxış etdiyi bu komanda D qrupunun son turu çərçivəsində səfərdə lider Seneqalla qarşılaşıb. Bu oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dino Seneqalla evdəki oyunda olduğu kimi, cavab görüşündə də sonadək ehtiyatda qalıb. İlk matçda CAR 0:2 hesablı uduzub. Dinonun komandası isə seçmə mərhələni 6 oyundan 4 xalla 4 komanda arasında sonuncu pillədə başa vurub.

Digər xəbərlər