"Neftçi" futbolçusunu cəzalandırdı

"Neftçi" futbolçusunu cəzalandırdı
Futbol
15 Noyabr 2017 - 20:21
"Neftçi"nin futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.

Supersport.Az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu həmçinin klubun qaydalarına uyğun olaraq cərimə olunub. Buna səbəb Elnur Cəfərovun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidir.

Digər xəbərlər