Tunis və Mərakeş "DÇ-2018"-də

Tunis və Mərakeş "DÇ-2018"-də
Futbol
12 Noyabr 2017 - 11:26


DÇ-2018-in final mərhələsinin daha iki iştirakçısı bəlli olub.

Supersport.Az-ın məlumatına görə, bunlar Tunis və Marakeş milliləridir. Tunis yığması DÇ-2018-in Afrika zonası üzrə seçmə mərhələsinin 6-cı turunda Liviya ilə qolsuz heç-heçə edib və "A" qrupunda rəqibləri  üçün əlçatmaz olub. Bununla da yığma tarixində 5-ci dəfə mundiala vəsiqə qazanıb.

Mərakeş "C" qrupunda Fildişi Sahilinə 2:0 hesabı ilə qalib gəlib və qrup 1-cisi olub.

Digər xəbərlər