"Qarabağ"ın legionerindən ayrılıq siqnalı

"Qarabağ"ın legionerindən ayrılıq siqnalı
Futbol
12 Noyabr 2017 - 00:13
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike qış fasiləsində müqaviləylə məxsus olduğu PAOK-a qayıda bilər.

Bu barədə məlumatı Yunanıstanın "sport24.gr" saytı yayıb. Xəbərdə braziliyalı futbolçunun Ağdam klubuna mövsümün sonuna kimi icarəyə verilməsinə baxmayaraq, artıq qışda Saloniki təmsilçisinə qayıda biləcəyi qeyd edilib. Belə ki, yarımmüdafiəçi daha rəqabətli çempionatda çıxış etmək istədiyindən, PAOK-a qayıtmaq barədə düşünür. "Qarabağ"ın Çempionlar Liqasında mübarizəni qrup mərhələsində dayandırmaq ehtimalının çox olması da onun fikirlərinə təsir edib. Məlumatda PAOK rəhbərliyinin də futbolçunun qayıtmasının əleyhinə olmadığı bildirilib.

Xatırladaq ki, "Qarabağ"la mövsümün sonuna qədər müqaviləsi olan 27 yaşlı futbolçu cari mövsümdə heyətində şans qazandığı 10 oyunda 2 qola imza atıb. Çempionlar Liqasının "Atletiko" ilə səfər matçında qırmızı vərəqə alan Pedro, "Çelsi" ilə ev oyununu buraxmalı olacaq.

Digər xəbərlər