Qaret Beyl şoku - 19-cu dəfə zədələndi

Qaret Beyl şoku - 19-cu dəfə zədələndi
Futbol
11 Noyabr 2017 - 14:31
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"in uelsli ulduzu Qaret Beyl yenidən uzun müddətə sıradan çıxıb.

"Borussiya" ilə sentyabrda keçirilən oyunda xəsarət alan 28 yaşlı futbolçu 45 gündə sağalmayıb. Bu dəfə Beylin sol ayağının əzələsində yırtıq olduğu aşkarlanıb. Uelsli futbolçu 1 ay meydanlardan kənarda qalacaq. "Real Madrid"ə 4 mövsüm əvvəl 101 milyon avroya rekord qiymətə transfer edilən Beyl 19-cu dəfə zədələnib.

Altı illik müqavilə bağlayan futbolçu, dörd ildə 159 oyun keçirib, 70 qol vurub və hər dəqiqə üçün 13 min 593 avro alıb.

Beyl, 1531 günlük "Real Madrid" karyerasında Çempionlar Liqasının üç, La Liqa və Kral Kubokunun bir dəfə qalibi olub, iki dəfə klubların dünya çempionluğunu, iki Superkubok və İspaniya Superkubokunu qazanıb.

Bu mövsüm La Liqanın ilk 5 turunda və Çempionlar Liqasının ilk 2 matçında iştirak edib 3 qol vurub.

 

 

Digər xəbərlər