Gənc cüdoçularımız Avropa birinciliyində iki medal qazanıb

Gənc cüdoçularımız Avropa birinciliyində iki medal qazanıb
Digər, Cüdo
11 Noyabr 2017 - 00:26
Montoneqronun paytaxtı Podqoritsada 23 yaşlı cüdoçular arasında Avropa birinciliyinə start verilib.

Supersport.Az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri iki medal qazanıblar.

Gənc cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova Avropa birinciliyinin bürünc medallarına sahib olublar.

Qeyd edək ki, qırx ölkədən 301 idmançının (168 kişi, 133 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 14 cüdoçu (8 kişi, 6 qadın) ilə təmsil olunur.

Digər xəbərlər