Kikboksçularımızdan dünya çempionatında böyük uğur - Foto

Kikboksçularımızdan dünya çempionatında böyük uğur - Foto
Kikboks, Digər, Foto
10 Noyabr 2017 - 23:49
Supersport.Az-ın məlumatına görə, Macarıstan paytaxtı Budapeştdə keçirilən kikboksinq idman növü üzrə dünya çempionatında ölkəmiz layiqincə təmsil olunub.

Azərbaycan yığması yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

İdmançılardan Bəhram Rəcəbzadə WAKO versiyasinda (K1) birinci, Ramal Aslanov (lou kik) ikinci, Camal Məmmədov (ful kontakt), Çingiz Əhmədzadə (lou kik) və Telman Məhərrəmov (mater kik layt) üçüncü yeri tutub.

Bu haqda saytımızı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov məlumatlandırıb.







Digər xəbərlər