Mübariz Qurbanlı və Rafael Hüseynov "Santyaqo Bernabeu”da - Foto

Mübariz Qurbanlı və Rafael Hüseynov "Santyaqo Bernabeu”da - Foto
Futbol, Foto
06 Noyabr 2017 - 21:18


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin deputatı Rafael Hüseynov dünən La Liqanın 11-ci turunda keçirilən "Real Madrid" – "Las Palmas" (3:0) oyununu "Santyaqo Bernabeu" stadionunda canlı izləyiblər.

Supersport.Az xəbər verir ki, bu haqda deputat Rafael Hüseynov özünün Feysbuk səhifəsindəki paylaşımında bildirib. Stadiondan şəkillərini paylaşan millət vəkili yazıb:

"2017-ci il noyabrın 5-i. İspaniyada, Madrid şəhərində Real Madrid və "Las Palmas" komandalarının oyununu seyr edərkən. Bu matç "Real Madrid"in 3:0 hesablı qələbəsi ilə tamamlandı.

Stadionun ağzına qədər dolu olması mənimçün təəccüblü deyildi. Çünki onu hiss etdim ki, burada camaat sadəcə bir idman yarışını seyr etməyə deyil, sanki bir gözəl teatr tamaşasına baxmağa gəlir. Amma niyə "sanki"?

Elə həqiqətdə də bu səviyyəli oyunların hər biri tamaşadır ki var! Daha maraqlısı o idi ki, bu qədər insanın oyundan sonra stadionu tərk etməsi necə dəqiq tənzimlənərək təşkil edilir və insanlar da nə qədər asudə, tələsmədən, bir-birinə mane olmadan, basırıqsız, zərrəcə narahatlıq duymadan 2 saatlıq istirahətdən sonra evlərinə qayıdırlar".



Digər xəbərlər