Gəncədə Qurban Qurbanov üçün sürpriz - Video

Gəncədə Qurban Qurbanov üçün sürpriz - Video
Futbol, Video
05 Noyabr 2017 - 22:05


Supersport.Az-ın məlumatına görə, Azərbaycan premyer liqasının 11-ci turunda "Kəpəz" qəbul etdiyi "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanova sürpriz edib.
Milli komandanın baş məşqçisi təyin olunan Qurbanova "Kəpəz" PFK-nın kollektivi və Gəncə azarkeşləri adından klubun rənglərinə uyğun sarı və göy lentlər ilə bəzədilən gül dəstəsi təqdim olunub, mütəxəssisə millidəki gələcək fəaliyyətində uğurlar arzulanıb. "Qurban, Qurban" sədaları altında yığmanın yeni çalışdırıcısı onu təbrik edənlərə təşəkkürünü bildirib.

Digər xəbərlər