Kamran Ağayev qovuldu - Foto

Kamran Ağayev qovuldu - Foto
Foto
05 Noyabr 2017 - 03:11
Çexiya çempionatının növbəti oyununda Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" 13-cü turda səfərdə "Banik" ilə qarşılaşıb. Meydan sahibi komanda minimal hesabla qalib gəlib - 1:0.

Supersport.Az-ın məlumatına görə, start heyətdə çıxış edən Ağayev, görüşü sonadək davam etdirə bilməyib. Əvvəlcə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Kamran, bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.

Digər xəbərlər