AFFA Mikayıl Quliyevi "vurdu"

AFFA Mikayıl Quliyevi "vurdu"
Futbol
30 Oktyabr 2017 - 14:42
Supersport.Az-ın məlumatına görə, "Kəpəz"in Müşahidə Şurasının heyətində dəyişiklik edilib.

AFFA, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Quliyevi şuradan kənarlaşdırıb.

"Kəpəz"də uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə AFFA klubdakı nümayəndəsini geri çağırıb.

Gəncə təmsilçisinin Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə yaxın məlum olacaq.

 

Digər xəbərlər