"Real Madrid"ə şok məğlubiyyət

"Real Madrid"ə şok məğlubiyyət
Futbol
30 Oktyabr 2017 - 00:04
Supersport.Az-ın məlumatına görə, La Liqanın 10-cu turunda "Girona"ya məğlub olan "Real Madrid" lider "Barselona"nın 8 xal gerisinə düşüb.

Madrid klubu hesabda irəli olsa da, meydanı xalsız tərk edib.

12-ci dəqiqədə İsko "Real"ı ön keçirib. İkinci hissənin 54-cü dəqiqəsində Stuani bərabərlik qolunu vurub, 4 dəqiqə sonra Portu, Kataloniya komandasının qələbə qoluna imza atıb.

"Giron" xalını 12-yə çatdıraraq, 20 klub sırasında 13-cüdür.

"Barselona" 28 xalla birinci, "Valensiya" 24 xalla ikincidir. "Real Madrid"la "Atletiko" 20 xalla üçüncü-dördüncü pilləni bölüşür.

Digər xəbərlər