Futbol millimizin postuna iki namizəd

Futbol millimizin postuna iki namizəd
Futbol, Eksklüziv
27 Oktyabr 2017 - 10:58
Supersport.Az-ın əldə etdiyi məlumata görə, futbol yığmamızı çalışdırmağa iki əcnəbi mütəxəssıs də namizəddir.

Bundan əvvəl alman Berti Foqtsla xorvat Robert Prosineçkiyə milyonlar xərcləyən AFFA-nın siyahısında türk Ərtoğrul Sağlam və italyan Karlo Ançellotinin də olduğu bildirilir.

"Bursaspor"u superliqa qalibi edən Sağlam, bir müddət əvvəl Bakıda Azərbaycan - Çexiya oyununu izləyib.

K.Ançelottiyə gəlincə, 58 yaşlı mütəxəssis klub səviyyəsində böyük uğurlar qazanıb. İtaliyalı məşqçinin rəhbərliyində "Milan" iki dəfə Çempionlar Liqasını, iki dəfə UEFA Superkubokunu, bir dəfə dünya çempionluğunu qazanıb, "Real Madrid" Çempionlar Liasının, UEFA Superkuboku və dünya çempionatının qalibi, "Çelsi" İngiltərə, PSJ Fransa, "Bayern" Almaniya çempionu olub.

Münxen klubu bir müddət əvvəl bu mütəxəssisi istefaya göndərib.

 

 

 

Digər xəbərlər