"Real Madrid"in transferə ehtiyacı yoxdur!"

"Real Madrid"in transferə ehtiyacı yoxdur!"
Futbol
02 Noyabr 2017 - 12:15
Supersport.Az-ın məlumatına görə, İspaniya klubunun portuqaliyalı əfsanəvi ulduzu Luiş Fiqu belə açıqlama verib.

"Real Madrid'i daha yaxşı yerə aparacaq futbolçu yoxdur. Transferə ehtiyac görmürəm" deyən 44 yaşlı futbol adamı, klubun uğursuz start götürməsinə rəğmən vəziyyətdən çıxmaq gücündə olduğunu söyləyib.

O, "Bild" qəzetinə "Barselona"dan 8 xal geri qalan "Real Madrid"in yeni transferə ehtiyacı olmadığını bildirib:

"Komanda mövsümə yaxşı başlamaya bilər. Ancaq "Real Madrid"in bu heyəti çətin durumdan çıxmağı bacarar. Komandaya daha yaxşı nəticə qazandıracaq bir futbolçunun transfer edilə biləcəyini düşünmürəm".

17 il əvvəl "Barsa"dan "Real"a keçən L.Fiqu  fikrini belə tamamlayıb:

"İndiki vəziyyət əvvəlki günlərdən fərqlidir. Mənim vaxtımda "Real Madrid" ulduzlara pul xərcləyirdi. Lakin fəlsəfə dəyişib. Klub hazırda əsas diqqəti gənclərin yetişdirilməsinə ayırıb".

 

Digər xəbərlər