Finalın adı: İspaniya - İngiltərə

Finalın adı: İspaniya - İngiltərə
Futbol
25 Oktyabr 2017 - 20:33
Supersport.Az-ın məlumatına görə, U-17-lər arasında dünya çempionatının finalçıları məlum olub.

İlk yarımfinal oyununda İngiltərə yığması Braziliyanı məğlub edib.

Qalib komanda 3:1 hesablı qələbə qazanıb.

Hindistanın Kolkata şəhərində ingilislərin qollarını 10, 39 və 77-ci dədiqələrdə "Liverpul" forması geyən Rhian Brevster vurub. Braziliyadan 21-ci dəqiqədə Uesli David fərqlənib.

Mali - İspaniya yarımfinal matçında ikincilər qalib gəlib - 3:1.

Finalda İspaniya İngiltərə ilə qarşılaşacaq.

Çempion komanda şənbə günü müəyyənləşəcək.

Digər xəbərlər