AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi
Futbol
25 Oktyabr 2017 - 15:16
Supersport.Az-ın məlumatına görə, AFFA İntizam Komitəsi bir sıra qərarlar qəbul edib.

XXVI Azərbaycan Premyer Liqasının IX turunun "Səbail" – "İnter" matçında meydan sahibi klubunun məşqçisi Araz Qulamov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Premyer Liqanın IX turunun "Sumqayıt" – "Zirə" matçında hər iki klubun 4 futbolçuları sarı vərəqə ilə cəzalandırıldıqları üçün hər iki klub 800 manat cərimələnib.

"Qəbələ" – "Qarabağ" matçının 86-cı dəqiqəsində Qəbələ klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

 

Digər xəbərlər