Azarkeş AFFA-nı "bombaladı": "Məcburi, işdən qovulmaq qorxusu ilə stadiona gətirilən azarkeş kimə lazımdır?"

Azarkeş AFFA-nı "bombaladı": "Məcburi, işdən qovulmaq qorxusu ilə stadiona gətirilən azarkeş kimə lazımdır?"
Futbol
24 Oktyabr 2017 - 15:57
Supersport.Az-ın məlumatına görə, AFFA rəhbərliyinin məntiqsiz qərarı 14 ildir ki, "İnter"in sadiq azarkeşi Elçin Həsənovun qəzəblənməsinə və komandadan imtina etməsinə səbəb olub.

"Oktyabrın 20-si "İnter" bu adla son oyununa çıxdı. Mənə futbolu sevdirən klub AFFA rəhbərliyinin və onların əlaltıları sayəsində tarixə qovuşub bundan sonra "Keşlə" adıyla fəaliyyətini davam etdirəcək. Bu komandanın adının dəyişməsi illər öncədən AFFA-nın kabinetlərində planlaşdırılmışdı. Yarandığı gündən "İnter"in hər bir məğlubiyyətinə kədərlənib, hər bir qələbəsinə sevinmişəm. Sevincdən və yaxud kədərdən yuxusuz gecələrimin sayı-hesabı yoxdur. Həyatımın 14 ili bu komanda ilə bağlıdır. Amma birdən-birə komandanın adını dəyişilməsi bu komandanı mənə yadlaşdırdı, mənim "İnter"lə birlikdə yaşadığım 14 illik həyatımın üstündən xətt çəkdi. Komandanın adını dəyişməklə güya ki, komandanın azarkeşlərinin sayı artacaq. Hansı azarkeşdən söhbət gedir?Məcbur qaydada, işdən qovulmaq qorxusu ilə stadiona gətirilən, meydandakı komandaların adlarını belə bilməyən azarkeşlərdən söhbət gedirsə belə azarkeş kimə lazımdır?
Bu addımla "İnter" üzdə olan sadiq azərkeşlərini də itirəcək necə ki, itirə-itirə gedir.
Amma komandanın adı dəyişsə də belə "İnter" mənim ürəyimin dərin bir güşəsində "İnter" kimi qalacaq" - deyə, fanat fikirlərini bildirib.

 

Digər xəbərlər