Ronaldo 5-ci dəfə dünyada birinci seçildi

Ronaldo 5-ci dəfə dünyada birinci seçildi
Futbol
24 Oktyabr 2017 - 00:01
FİFA 2017-ci ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının sahibini  açıqlayıb.

Supersport.Az-ın məlumatına görə, millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real Madrid"in hücumçusu Kriştiano Ronaldo bu ilin ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Lionel Messi (Argentina, "Barselona") və Neymarı (Braziliya, "Barselona"/PSJ) qabaqlayıb. Bununla da Ronaldo ardıcıl ikinci dəfə "The Best"ə sahib çıxıb.

Qeyd edək ki, Ronaldo ötən mövsüm "Real"la  Çempionlar Liqası, La Liqa və UEFA superkubokunu qazanıb.

Xatırladaq ki, K. Ronaldo bundan əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə də FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.

Digər xəbərlər