10 min idmançıya dopinq yoxlaması

10 min idmançıya dopinq yoxlaması
Digər
23 Oktyabr 2017 - 19:47
Supersport.Az-ın məlumatına görə, Dünya Antidopinq Agentliyi 10 min mindən artıq idmançını yoxlamadan keçirəcək.

Atletlərinin qadağan olunmuş preparatlardan istifadə etməsi iddiasından sonra belə qərar verilib.

WADA-nın internet saytında açıqlamada Almaniyanın ARD telekanalında 1980-1990-cı illərdə Çində sistematik qadağan olunmuş preparatlardan istifadə olunması iddiasından sonra araşdırmaya başlandığı bildirilib.

Həmin müddətdə adıçəkilən olimpiya milli komandasında həkim olan Xue Yinxian, məlum vaxtda futbol, atletika, üzgüçülük, voleybol, basketbol, masa tenisi, tullanma, gimnastika və ağırlıqqaldırma növlərində 10 mindən çox idmançının dopinq qəbul etdiyini söyləyib.

Çinin bütün yarışlarda uğur qazanmasını qadağan olunmuş preparatdan istifadə etməklə əlaqələndirən doktor, bir gimnasta dopinq vermək istənilməsini rədd etdiyindən milli komandadan kənarlaşdırıldığını bildimişdi.

Digər xəbərlər