Azərbaycanda bəzi Olimpiya Komplekslərinin inşası donduruldu

Azərbaycanda bəzi Olimpiya Komplekslərinin inşası donduruldu
Digər
23 Oktyabr 2017 - 18:18
Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri səbəbindən dondurulub.

Supersport.Az xəbər verir ki, bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir: "Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik".

Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: "Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni komplekslər hissə-hissə açılır".

Digər xəbərlər