"Neftçi"ylə oyunda "Kəpəz"in penaltisi verilmədi - Video

"Neftçi"ylə oyunda "Kəpəz"in penaltisi verilmədi - Video
Futbol, Video
22 Oktyabr 2017 - 03:53
Supersport.Az Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilən "Kəpəz" - "Neftçi" oyununda FİFA referisi Əliyar Ağayevin mübahisəli qərarını təqdim edir.

Oyunun 62-ci dəqiqəsində cərimə meydançasında paytaxt klubunun oyunçusu, Gəncə klubunun futbolçusunu əllə saxlasa da, epizoda yaxın olan baş hakim buna göz yumub, "Neftçi"nin qapısına penalti təyin etməyib.

"Xəmsə" fanklubu bununla bağlı etirazını bildirib: 

"Tüpürəsən belə Azərbaycan futboluna. Belə şərəfsiz hakimliyə. Kimə lazımdır xal ayırırlar. Biz də oturub həyəcan keçiririk. Zamanında 3 xal üçün komandalardan pul alan Xəqani Məmmədov hakimlər komitəsinin rəhbəridirsə, Azərbaycan futbolunda bundan artıq heç nə gözləmək mümkün deyil. 

Əliyar Ağayev Avropada fəxrimiz zad. Pul hər şeydən önəmlidir. Şərəf olmasa da. Sanki əli ilə tutduğunu görmədi Əliyar? Stadionun çölündəki adam belə bəlkə də o epizodu gördü, Əliyar 5 metrdən görmədi".

Digər xəbərlər