Naxçıvanda məşqçilər və cüdoçular üçün seminar keçirilib

Naxçıvanda məşqçilər və cüdoçular üçün seminar keçirilib
Digər, Cüdo
21 Oktyabr 2017 - 11:18
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və cüdoçular üçün seminar keçirilib.

Supersport.Az xəbər verir ki, seminarda federasiya tərəfindən Naxçıvan şəhərinə ezam olunmuş təcrübəli mütəxəssislər, beynəlxalq dərəcəli hakimlər cüdonun daim inkişafda olan texnika və qaydaları haqqında ətraflı məlumat veriblər.

Məşqçinin tələbələri, yarışa hazırlıq prosesi, çəki və qidalanmaya nəzarət barədə təlimatlar verilib, onların yarışlarda tələbələrini idarə etmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyyəti geniş müzakirə olunub. Seminarda yeniyetmə idmançılara əyani və praktiki təlimlər keçirilib.

Digər xəbərlər