Novruz Məmmədovdan "Qarabağ"ın oyununa şərh - "İdmanda da Azərbaycanı sıxışdırırlar"

Novruz Məmmədovdan "Qarabağ"ın oyununa şərh - "İdmanda da Azərbaycanı sıxışdırırlar"
Futbol
19 Oktyabr 2017 - 23:00
Supersport.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov UEFA Çempionlar Liqası qrup mərhələsində keçirilən "Qarabağ" – "Atletiko" oyununda fransız hakimin qərarını şərh edərkən bildirib.

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur" – deyə, prezidentin köməkçisi qeyd edib.

Xatırladaq ki, görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Dino Ndlovuya qarşı "Atletiko"nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə Azərbaycan təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb.

Digər xəbərlər