Derbi Çakıra tapşırıldı

Derbi Çakıra tapşırıldı
Futbol
19 Oktyabr 2017 - 14:18


Türkiyə Superliqasının 9-cu turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyununa hakim təyinatları açıqlanıb.

Supersport.Az-ın Türkiyə Futbol Federasiyasının istinadən yaydığı xəbərə görə, matçın baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" görüşü oktyabrın 22-i keçiriləcək.

Digər xəbərlər