"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi
Futbol
19 Oktyabr 2017 - 11:59


Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Supersport.Az-ın  məlumatına görə, dünən keçirilən 8 matçdan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb.  İspaniya “Atletiko”su ilə ev oyununda qolsuz heç-heçə edən “Qarabağ” ölkəmizə daha 0.250 xal qazandırıb. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.875 xalı var.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.450 xalı var.

Digər xəbərlər