Millimiz elit-raunda vəsiqə qazandı

Millimiz elit-raunda vəsiqə qazandı
Futbol
18 Oktyabr 2017 - 00:04
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının cari seçmə mərhələsində bütün qruplarda oyunlara yekun vurulmamasına baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqə qazanıb.

Supersport.Az-ın xəbərinə görə, məlumat dünən keçirilən oyunlardan sonra UEFA-nın rəsmi saytında yerləşdirilib.

2-ci qrupda keçirilən seçmə mərhələdəki matçların ardından millimizin taleyinə aydınlıq gəlib. Slovakiya İngiltərəyə 0:6, Latviya isə Şotlandiyaya 0:4 hesabı ilə məğlub olub. Reqlamentə əsasən, hər qrupda ilk iki pillənin sahibi və ən yaxşı nəticəyə malik 3-cü yer tutmuş 5 komanda növbəti mərhələyə yüksəlir. Millimiz məhz 5 kollektivdən biri kimi elit-raunda yüksəlib.

Qeyd edək ki, millimiz seçmə mərhələdə cəmi 1 xal yığıb.

Digər xəbərlər