Avropada aşağı liqaya düşənin dostu çox, bizdə yox!

Avropada aşağı liqaya düşənin dostu çox, bizdə yox!
Futbol, Araşdırma
16 Oktyabr 2017 - 01:17
AFFA NÜMUNƏ GÖTÜRSÜN...

Azərbaycan futbolunun problemləri artmaqdadır. AFFA rəhbərliyi bunun qarşısını almaq, çıxış yolları tapmaq əvəzinə bəzi klubların dağıdılmasına səbəbkar olur.

Supersport.Az Avropa futbolu ilə bağlı maraqlı araşdırma təqdim etmək qərarına gəlib.

Məsələ burasındadır ki, qitə ölkələrində yüksək liqadan aşağı düşən klublara yerli federasiyalar tərəfindən böyük məbləğdə vəsait ayrılır.

Azərbaycanda isə futbola məsul AFFA, premyer liqanı tərk edən və birinci divizionda iştirak etmək istəyən komandaların dağılmasına nail olur. İlk milli çempionatda 26 klub mübarizə apardığı halda, indi 8 komanda yarışır.

Başda Rövnəq Abdullayev olmaqla baş katib Elxan Məmmədov hər il milyonları havaya sovurur. Doğrusu budur ki, vəsaitləri boşuna xərcləməkdənsə, bir hissəsi klublara ödənsin.

Türkiyədə futbolda vəsait dövriyyəsi 1 milyard avroya çatıb.

Avropada yüksək liqadan ikinci diviziona düşən klublara maddi yardım göstərilir ki, bu da böyük dəstək olur.

Türkiyə Futbol Federasiyasının iki il əvvəl başlayaraq superliqanı tərk edən komandalara 4 milyon lirə (930 min avro) ödəməsi xoş niyyətli addım olsa da, Avropayla müqayisədə az məbləğ olduğundan yaraya məlhəm olmur.

KPMG Football Benchmark-ın raportuna əsasən, Avropanın 5 futbol ölkəsi - İngiltərə, İspaniya, Fransa, Almaniya və İtaliyada azarkeşlər təmsilçilərini tribunada dəstəksiz qoymur və ikinci liqaya düşən komandalar "paraşüt ödəmə" sistemiylə maliyyə burulğanından çıxa bilir. Beş futbol ölkəsində komandaların maddi problemlə üzləşməməsi üçün 60-100 milyon avro ödəmə edilir.

İngiltərə Premyer Liqasıyla vidalaşan klublara 100 milyon avro verilir ki, bununla  bahalı müqaviləli futbolçuları saxlamaq mümkün olur və bu səbəbdən iflasın qarşısı alınır.

İspaniya yayım gəlirlərinin 3.5 faizi (90-95 milyon avro) La Liqanı tərk edən klublara paylanır. İtaliyada bu məbləğ 60 milyon avrodan çoxdur.

Almaniyada yeni yayım müqaviləsiylə birlikdə ikinci liqa klublarına 20 faiz - 125 milyon avro verilməsinə və aşağı liqaya düşən komandalara kömək məqsədilə bir sistem çalışdırılmasına qərar verilib.

Türkiyə Superliqasını tərk edən klublar yayım qazancları və yarışdakı çıxışa əsasən mükafatlardan 30-40 milyon lirə itirir. Ötən mövsüm yüksək liqayla vidalaşan "Çaykur Rizespor" 39.5 milyon, Q.Antep" və "Adanaspor" isə 34.2 milyon lirə gəlir əldə etmişdi. Bu mövsüm yayım qazanclarının artması və superliqanı tərk etmək təhlükəsiylə üzləşən klubların 50 milyon lirə gəlirə sahib çıxacağı gözlənilir. Komandalar aşağı liqada isə elə də qazanc əldə edə bilmir və borc bataqlığından qurtula bilmir.

Avropanın bəzi ölkələrində ikinci liqada hər oyunu orta hesabla nə qədər azarkeşin izlədiyi araşdırılıb:

Almaniya             21735

İngiltərə               20119

Fransa                   7496

İspaniya                7479

İtaliya                   7034

Türkiyə 1. liqa     3684

Superliqa             10225

AFFA-nın məlumatına əsasən, Azərbaycan Premyer Liqasında isə vəziyyət belədir:  





 

 

 

Digər xəbərlər