İsveçrəli tennisçi Rocer Federer karyerasında 94-cü titulunu qazanıb.
Supersport.Az xəbər verir ki, isveçrəli raketka ustası bu uğura “Şanxay Masters 1000” turnirin finalında ispaniyalı Rafael Nadala (6-4, 6-3) qalib gəlməklə nail olub.
Bununla da əsas rəqibi üzərində ardıcıl beşinci dəfə qələbə qazanan Federer qalib gəldiyi turnirlərin sayını əfsanəvi İvan Lendl ilə bərabərləşdirib.