Türkiyənin qəhrəman komandasına mükafat veriləcək - Foto-Video

Türkiyənin qəhrəman komandasına mükafat veriləcək - Foto-Video
Futbol, Video, Foto
10 Oktyabr 2017 - 20:34
 

Supersport.Az-ın məlumatına görə, Türkiyənin fiziki əngəlli futbolçulardan ibarət yığma komandası İngiltərəni məğlub edərək Avropa çempionu olub.

"Ay-ulduzlular" 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan sonra Türkiyənin bəzi oyunçularının həyat hekayəsi ön plana çıxıb. Kapitan Osman Çakmak komandasını Avropa çempionu edib.
Türkiyə Silahlı Qüvvələrinin sıralarında xüsusi təyinatlı olaraq xidmət edən futbolçu minaya düşərək sol ayağını itirib.

Türkiyə dövləti çempion olan hər futbolçuya 200 min lirə (92 min manat) ayırıb.

"Metro Turizm"in sahibi, işadamı Qalib Öztürk isə 500 min lirə (230 min manat) mükafat verəcək.

Digər xəbərlər