"Qarabağ" - "Atletiko" oyununa bilet satışından yeni xəbər

"Qarabağ" - "Atletiko" oyununa bilet satışından yeni xəbər
Futbol
07 Oktyabr 2017 - 18:24
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Qarabağ" -"Atletiko" oyununa maraq artır.

Artıq qarşılaşmaya 20 min bilet satılıb. Azarkeşlərimiz satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər. Onlayn bilet əldə etmək istəyən azarkeşlərimiz isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

Qeyd edək ki, "Qarabağ" – "Atletiko" matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək.

Digər xəbərlər