"Sumqayıt"da 5 yeni oyunçu

"Sumqayıt"da 5 yeni oyunçu
Futbol
05 Oktyabr 2017 - 21:45
"Sumqayıt" Premyer Liqanın 2-ci dövrəsi üçün hazırlığını davam etdirir.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandz bu gün Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib.

U-21-in düşərgəsində yer alan Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyevlə yanaşı zədəli olan Bəxtiyar Həsənalızadə hazırlıq prosesində iştirak eməyib. Əvəzedici komandanın 5 üzvü isə bu müddət ərzində komanda ilə birlikdə çalışıb.

Qeyd edək ki, "Sumqayıt" 2-ci dövrənin ilk turunda oktyabrın 14-də öz meydanında "Qəbələ"ni qəbul edəcək.

Digər xəbərlər