Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir keçiriləcək
Digər, Voleybol
03 Oktyabr 2017 - 14:22
Oktyabrın 11-dən 14-dək Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından Supersport.Az-a bildiriblər ki, yarışda kişilər arasında Azərbaycan, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İtaliya, Latviya, Hollandiya, Rusiya, Sloveniya, İsveç, Türkiyə və Ukrayna voleybolçuları mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə Azərbaycan, Avstriya, Belçika, Belarus, Cənubi Kipr, Çexiya, Danimarka, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Hollandiya, Rusiya, Şotlandiya, Sloveniya və İsveç təmsilçiləri yarışacaqlar.

Azərbaycanı turnirdə Ruslan Əliyev–Vüsal Qurbanov, Vadim Kutukov–Pərviz Səmədov, Fidan Ağaməmmədova–Dünya Vəliyeva, İlhamə Əliyeva–İrina Abbaszadə və Nazilə Səlimova–Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.

Qeyd edək ki, yarışın mükafat fondu 4 min avro olacaq.

Digər xəbərlər