"Çelsi"nin əsas silahı sıradan çıxdı

"Çelsi"nin əsas silahı sıradan çıxdı
Futbol
03 Oktyabr 2017 - 17:57
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup yarışında "Qarabağ"ın rəqibi "Çelsi" ciddi itkiylə üzləşib.

İngiltərə çempionunun aparıcı futbolçusu Alvaro Morata zədələnib. Klub Moratanın hansı müddətdən sonra meydana çıxacağı haqda açıqlama verməyib. İngilis mətbuatı "Mançester Siti" ilə qarşılaşmada sol ayağından xəsarət alan "Çelsi"nin 24 yaşlı ispan futbolçusunun 1-2 ay futboldan kənarda qalacağı xəbərini yayıb.

"Çelsi"nin "Real Madrid"dən 62 milyon avroya transfer etdiyi Morata bu mövsüm 9 oyunda 7 qol vurub.

Digər xəbərlər