Pike ağlayıb, millidən gedə biləcəyini dedi – Video

Pike ağlayıb, millidən gedə biləcəyini dedi – Video
Futbol, Video
02 Oktyabr 2017 - 20:13
"Barselona”nın futbolçusu Jerard Pike dünən Kataloniyadakı referenduma və orada baş verən hadisələrə münasibət bildirib.

Supersport.Az-ın xəbərinə görə, o, La Liqada “Las Palmas”la dünənki matçdan sonra (3:0) verdiyi açıqlamada göz yaşlarını saxlaya bilməyib. Pike polisin referendumun gedişinə mane olduğunu və 300-dən çox insana fiziki xəsarət yetirdiyini söyləyib.

“Çox çətin bir gün keçirdik. Polisin və qvardiyanın hərəkətlərinin fotoları ortadadır. Mən kataloniyalıyam. Kataloniya xalqının yanaşmasından da qürur duyuram. Ssə vermək hamının haqqıdır və dəstəklənməlidir”.

“İspaniyada bu gün baş verənləri qəbul etməyən və demokratiyaya inanan xeyli insan var. Əgər federasiya bu seçkilərə və orada səs verdiyimə görə bir problem görürsə, 2018-ci ildən öncə millini tərk edə bilərəm”.

Qeyd edək ki, İspaniya dövləti Kataloniyadakı referendumu qanunsuz hesab edir.

https://www.youtube.com/watch?time_continue=15&v=FX7ieQJ04ro

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər