Serbiya yığması Avropa çempionu oldu

Serbiya yığması Avropa çempionu oldu
Digər, Voleybol
01 Oktyabr 2017 - 21:39
Voleybolçu qadınlar arasında Avropa çempionatının qalibi bəlli olub.

Supersport.Az xəbər verir ki, Bakıdakı Milli Gimnastika Arenasında keçirilmiş final görüşündə Serbiya və Niderland yığmaları qarşılaşıb.

Serblər 3:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib çıxıblar.

Qeyd edək ki, bürünc medala Türkiyə millisi layiq görülüb. "Ay-ulduzlular" 3-cü yer uğrunda görüşdə Azərbaycan yığmasını 3:1 hesabı ilə məğlub edib.

19:00. Niderland - Serbiya - 1:3 (20:25, 22:25, 25:18, 18:25)

Milli Gimnastika Arenası.

Digər xəbərlər