Yeniyetmələr arasında V açıq Respublika turniri keçirilib

Yeniyetmələr arasında V açıq Respublika turniri keçirilib
Digər, Güləş
30 Sentyabr 2017 - 22:14
Supersport.Az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə V açıq Respublika turniri keçirilib.

Turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Qırğızıstanı təmsil edən 288 güləşçi mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində 10 çəki dərəcəsində keçən yarışlarda Cəlilabad, Abşeron, Astara, Sabirabad, Şağan, eləcə də Rusiya təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qaliblər yarışın təşkilatçıları tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Digər xəbərlər