Tərlan Əhmədovdan qələbə şərhi

Tərlan Əhmədovdan qələbə şərhi
Futbol
30 Sentyabr 2017 - 20:26
Azərbaycan Premyer Liqasının VII turunda "İnter"ə qalib gələn "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov qələbəni şərh edib.

"Qısa müddət ərzində müdafiədəki səhvləri minimuma endirməyə, çatışmazlıqları aradan qaldırmağa çalışmışıq. Futbolçulara təşəkkür edirəm. Yüksək səviyyədə oynadılar. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən təzyiq göstərərək, onların öz oyunlarını oynamalarına imkan verməyək. Bu da bizdə alındı. İki qol vurub, qapımızı toxunulmaz saxlamağımız məni çox sevindirir”.

Digər xəbərlər