Stefan El-Şaaravi: "Biz çox əziyyət çəkdik"

Stefan El-Şaaravi: "Biz çox əziyyət çəkdik"
Futbol
28 Sentyabr 2017 - 13:15
"Roma"nın yarımmüdafiəçisi Stefan El-Şaaravi Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Çətin qələbə qazandınız.


- Asan qələbə qazanacağımızı gözləmirdik də. Oyuna ciddi yanaşırdıq. İlk hissədə vurduğumuz 2 qol bizi zəfərə apardı. Düzdür, "Qarabağ" öz oyunu ilə bizi ikinci hissədə sarsıtdı. Amma buna baxmayaraq, biz vacib olan 3 xalı əldə etdik.

- "Qarabağ" Seriya A təmsilçiləri olan "Benevento" və "Verona"dan fərqlənir?

- Azarkeşlərin atmosferi möhtəşəm idi. Çempionlar Liqasında zəif komanda olmur. Düzdür, çempionatda da asan oyunlarımız olmur. Bunu söyləmək bizə asan gələ bilər. Biz faktiki çox əziyyət çəkdik və qalib gəldik.


- Həftəsonu "Milan"la matç barədə nə düşünürsünüz?

- "Milan" çempionatda 2 oyunda artıq uduzub. Bizimlə görüşdə qələbəni hədəfləyəcəklər. Asan olmayacaq. Bu matça ən yaxşı şəkildə hazırlaşacağıq.

Digər xəbərlər