Gəncədə Kütləvi Futbol Həftəsi festivalı keçirildi

Gəncədə Kütləvi Futbol Həftəsi festivalı keçirildi
Futbol
28 Sentyabr 2017 - 18:08


Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhərindəki filialında, AFFA tərəfindən Kütləvi Futbol Həftəsi festivalı keçirilib. Supersport.Az xəbər verir ki, festivalda 6-13 yaş arası uşaqlar iştirak ediblər.

 

Festivalın ilk günündə oğlanlar meydana çıxıb. 32 komandanın heyətində 160 iştirakçının qatıldığı yarışın qalıbi “Kəpəz” komandası olub. Təhsil İdman Məktəbi ikinci, “Olimpiyakos” isə üçüncü pilləni tutub.

 

Ən gənc iştirakçı isə 16 oktyabr 2011-ci il təvəllüdlü Məhəmməd Məmmədov olub. Qızların yarışına isə 50 iştirakçı qatılıb.

 

Yekunda qalib gələn komandalara, eləcə də iştirakçı qızların hər birinə AFFA-nın hədiyyələri, tədbirin təşkilində yaxından iştirak edən könüllülərə isə sertifikatlar verilib.

 

Bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Digər xəbərlər