Sərbəst güləşçilər xatirə turnirinə yollanır

Sərbəst güləşçilər xatirə turnirinə yollanır
Digər, Güləş
27 Sentyabr 2017 - 12:16
Supersport.Az xəbər verir ki, 30 sentyabr-1 oktyabr tarixlərində Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 10-cu beynəlxalq turnir keçiriləcək.

Sərbəst güləş üzrə keçiriləcək yarışda yığma komandamızın 3 üzvü iştirak edəcək.

Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə Pərviz İbrahimov (57 kq), Məhəmməd Abdullayev (61 kq) və İbrahim Yusubov (86 kq) yollanacaq.

Turnirin proqramına əsasən sentyabrın 30-da 57, 65, 74 və 97 kq, oktyabrın 1-də isə 61, 70, 86 və 125 kq çəkidə pəhləvanlar qüvvələrini sınayacaq.

Digər xəbərlər