"Qarabağ"dan ismarıc: "Azarkeşlər vauçerlə stadiona buraxılmayacaq"

"Qarabağ"dan ismarıc: "Azarkeşlər vauçerlə stadiona buraxılmayacaq"
Futbol
23 Sentyabr 2017 - 23:27
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup yarışının ikinci turunda "Roma"nı qəbu edəcək "Qarabağ" klubu azarkeşlərə müraciət edib.

"Artıq 41 min azarkeşimiz "Roma"yla matçına olan vauçerlərini biletlərlə dəyişib. Azarkeşlərimizdən ən qısa zamanda vauçerləri biletlərlə dəyişmələri xahiş olunur. Stadiona giriş biletlə mümkün olacaq, vauçerlə qarşılaşmaya gələn azarkeşlərimiz stadiona buraxılmayacaq".

Vauçerləri aşağıdakı satış məntəqələrindən biletlərlə dəyişə bilərsiniz:

Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Digər xəbərlər