"Qarabağ" – "Roma" matçının vaxtı müəyyənləşdi – Gənclər Liqası

"Qarabağ" – "Roma" matçının vaxtı müəyyənləşdi – Gənclər Liqası
Futbol
23 Sentyabr 2017 - 13:24
UEFA Gənclər Liqasının 2-cu turunun “Qarabağ” – “Roma” oyununun başlama saatı bəlli olub.

Supersport.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüş sentyabrın 27-si Bakı vaxtı ilə saat 14.00-da başlanacaq. Matç Suraxanı qəsəbəsindəki "Azərsun Arena"da keçiriləcək.

Qeyd edək ki, komandaların hər birini sıfır xalı var. İlk turda "Qarabağ" "Çelsi"yə 0:5, "Roma" isə “Atletiko”ya 1:2 hesabı ilə uduzub.

Əlavə edək ki, "Qarabağ" və "Roma"nın əsas komandaları da sentyabrın 27-də qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Digər xəbərlər