Əşrəf Əliyev bürünc medal qazandı

Əşrəf Əliyev bürünc medal qazandı
Digər, Güləş
23 Sentyabr 2017 - 10:38
Supersport.Az xəbər verir ki, Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir.

İkinci yarış günündə güləşçilərimiz 1 bürünc medal qazanıb.

86 kq-da mübarizə aparan Əşrəf Əliyev həlledici görüşdə Çin idmançısı Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.

Bununla da dünya çempionatının sərbəst və qadın güləşi yarışları başa çatıb. Sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 4 bürünc medala sahib olub. İki idmançı ilə təmsil olunan qadın güləşi yığmamız isə çempionatı 1 gümüş medalla başa vurub.


Komanda hesabında sərbəst güləşçilərimiz Rusiya və İran yığmalarından sonra üçüncü yerdə qərarlaşıb.

Son iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Digər xəbərlər