"Çelsi"ni saymayan futbolçu ayrıldı

"Çelsi"ni saymayan futbolçu ayrıldı
Futbol
21 Sentyabr 2017 - 23:48
Supersport.Az-ın məlumatına görə, "Çelsi" klubu baş məşqçi Antonio Konte ilə münasibətləri soyuq futbolçu komandadan getməyə qərar verib.

Dieqo Kosta keçmiş komandası "Atletiko"ya qayıdıb.

Futbolçu 2014-cü ilin iyulunda İngiltərə klubuna keçmişdi. "Atletiko"ya qarşı transfer qadağası olduğundan Kosta İspaniya təmsilçisinə 65 milyon avroya keçə biləcək.

"Çelsi"nin heyətində 120 oyunda iştirak edən futbolçu 59 qol vurub.

İngiltərə karyerasına Joze Mourinyo ilə başlayan Kosta, Quus Hiddinkin vaxtında da komandada çıxış edib. Antonio Kontenin gəlişindən sonra çempionluq qazanan "Çelsi"nin italiyalı baş məşçqisiylə Dieqo Kostanın münasibətləri korlanıb və futbolçu yay tətilindən sonra Londona geri dönməyib.

 

Digər xəbərlər