"Sumqayıt" – "Qarabağ" oyununun yeri dəyişdirildi

Futbol
21 Sentyabr 2017 - 12:36
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının VI turunda keçiriləcək "Sumqayıt" – "Qarabağ" oyununun yeri dəyişdirilib.

Cümə günü keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi Sumqayıtda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Buna səbəb Ağdam təmsilçisinin "Roma" ilə Çempionlar Liqası qarşılaşması öncəsi təbii örtükdə oynamaq istəməsidir.

Son çempionun müraciətinə rəqib komanda da müsbət cavab verdiyindən, PFL "Qarabağ"ı ev sahibi edib. Dəyişikliyə əsasən, "Sumqayıt" II dövrədə "Qarabağ"ı öz meydanında qəbul edəcək.

Qeyd edək ki, oyun saat 19:00-da başlayacaq.

Digər xəbərlər