Azərbaycandan möhtəşəm zəfər

Azərbaycandan möhtəşəm zəfər
Cüdo
18 Sentyabr 2017 - 00:16
Supersport.Az-ın məlumatına görə, Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışında Azərbaycan yüksək nəticə göstərib.

Yığmamız mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Gənc cüdoçularımız Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarını məğlub ediblər. Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub. Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

 

Digər xəbərlər