Karateçilərimizin Bazel sınağı

Karateçilərimizin Bazel sınağı
Karate, Digər
15 Sentyabr 2017 - 20:31
İsveçrənin Bazel şəhərində VIII “Basel Open Masters” beynəlxalq karate turniri keçiriləcək. İdmançılarımız bu yarışda iştirak etmək üçün Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İsveçrəyə yola düşüblər.

Federasiyadan Supersport.Az-a bildiriblər ki, ənənəvi yarışda kişi idmançılarımızdan Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev və Novruz Əliyev (hər ikisi -75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq) güclərini sınayacaqlar. Qadın karateçilərimizdən isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaqlar.

Digər xəbərlər